...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 3 Dekabr 2018 23:40 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 61,13 dollar/barel təşkil edib
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 61,13 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,26 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 50,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,26 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 55,27 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,35 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 57,3 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,25 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti