...

Tovuzun su problemi həll olunur (FOTO)

İqtisadiyyat Materials 7 Dekabr 2018 15:34 (UTC +04:00)
Zəyəmçayın yatağında 1774 metr uzunluğunda drenaj tipli sugötürücü qurğu inşa edilir.
Tovuzun su problemi həll olunur (FOTO)

Bakı. Samir Əli - Trend:

Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni su mənbəyi yaradılır.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, bu məqsədlə Zəyəmçayın yatağında 1774 metr uzunluğunda drenaj tipli sugötürücü qurğu inşa edilir. Qurğudan saniyədə 100 litr suyun götürülməsi nəzərdə tutulur. Hazırda çay yatağında qazıntı və drenaj sistemlərinin qurulması işləri davam etdirilir. Zəyəmçayın mənbəyində sugötürücü qurğunun gələn ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.

Buradan götürüləcək suyun Tovuz şəhərinə özüaxımlı rejimdə nəqli məqsədilə 530 mm diametrli polad borularla 26 km uzunluğunda magistral su kəməri çəkilib. Sugötürücü qurğuda işlər yekunlaşdıqdan sonra magistral kəmərlə Tovuz şəhərinə içməli suyun verilməsinə başlanılacaq. Bununla da yay aylarında şəhərin və ətraf kəndlərin içməli su təminatında indiyə qədər yaranan problemlər bir daha müşahidə olunmayacaq.

Tovuz şəhəri ilə yanaşı, Gədəbəy, Lerik, Şamaxı şəhərlərində də alternativ su mənbələrinin yaradılması işləri davam etdirilir.

Tovuz rayonunda icra olunan digər layihə çərçivəsində isə içməli sudan ciddi əziyyət çəkən Qədirli, Xatınlı, Çilovdarlı, Əlimərdanlı və Qaraxanlı kəndlərində yeni su təchizatı infrastrukturları yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti