...

Beynəlxalq standartlar üzrə məsuliyyətli biznes

İqtisadiyyat Materials 27 Dekabr 2018 12:00 (UTC +04:00)
"AsstrA-Associated Traffic AG" şirkətlər qrupu bu ilin oktyabrında məhz bu cür yoxlamadan uğurla keçib.
Beynəlxalq standartlar üzrə məsuliyyətli biznes

Bakı. Trend:

Şirkətin sınanmış xidmətlər təklif etdiyini necə başa düşmək olar? Onların həm Müştərilərin, həm də Partnyorların maraqlarını nəzərə aldığına, eləcə də ətraf mühitə zərər vurmayacağına necə əmin olmaq olar? Dünyada 3PL- şirkətlərinin sayının artıq on minlərləni keçdiyi bir vaxtda nəqliyyat-logistika servisinin keyfiyyətini necə qiymətləndirmək olar? Bir çox Müştəri üçün bütün bu məsələlərə cavab verməyə kömək edən universal “xətt” ISO keyfiyyət standartları oldu.

"AsstrA-Associated Traffic AG" şirkətlər qrupu bu ilin oktyabrında məhz bu cür yoxlamadan uğurla keçib. Auditin nəticəsi daha bir ISO sertifikatın – ISO-28000 alınması oldu.

Bu standartın alınmasının hansı rol oynadığı və bundan sonra AsstrA Müştəriləri üçün nəyin dəyişəcəyi barədə AsstrA-nın tədarük zəncirinin təhlükəsizliyi üzrə meneceri Vitali Lazovski ilə söhbət etdik.

- Vitali, zəhmət olmasa bu standart barədə ətraflı danışın.

- ISO 28000:2007-nin əsas vəzifəsi tədarük zəncirinin etibarlılığını yüksəltməkdir. Tədarük zəncirinə cəlb olunmuş istənilən şirkət təhlükəsizlik menecment sisteminə qarşı tələblərin unifikasiyası yolu və bu tələblərin uyğunluğunun mütəmadi yoxlanılması ilə ISO-28000 standartını ala bilər. Bunlar həm idxalçılar, həm gömrük brokerləri, həm hərəkət tərkiblərinin operatorları, həm də daşımanı sərbəst şəkildə təşkil edən istehsalçılardır.

- AsstrA üçün bu sertifikatı almaq nə üçün vacibiydi?

- AsstrA üçün ISO 28000 ilə bağlı sifariş ərizəsinin verilməsi qanunauyğun addım oldu. Bu addımı 2018-ci il üçün təhlükəsizlik menecmenti proqramının reallaşdırılması çərçivəsində atdıq. Axı yüklərin daşınması istənilən tədarük zəncirinin ayrılmaz həlqəsidir. Sertifikatlaşdırmanın hazırlanması və reallaşdırılması AsstrA-nın Keyfiyyət Menecmenti şöbəsi ilə sıx qarşılıqlı fəaliyyət çərçivəsində aparılıb. Xarici ISO-auditdən başqa, şirkətin bəzi biznes-proseslərinin işlənib başa çatdırılması, daxili təlimatların və çek vərəqələrinin hazırlanması, risklərin qiymətləndirilməsi üzrə son metodikaların öyrənilməsi, yüksək riskli daşımaların izlənməsinin yeni alətlərinin tətbiqi, AsstrA şirkətinin Müştərilərinin və Tədarükçülərinin anketləşdirilməsi, əməkdaşların öyrədilməsi, mövcud müqavilələrin yoxlanılması, işlənib yekunlaşdırılması daxil olub. Başa düşmək lazımdır ki, tədarük zəncirinin təhlükəsizliyi hadisə və ya təcrübə məsələsi deyil, dəqiq planlaşdırmanın, çoxsaylı yoxlamaların və risklərin dərin təhlilinin nəticəsidir. Təhlükəsizlik səviyyəsini mütəmadi və ardıcıl artırmadan nəqliyyat-logistika şirkəti Müştərilərinə təkcə uzunmüdətli deyil, hətta qısamüddətli perspektivdə KPI-lərin yerinə yetirilməsinə zəmanət verə bilməz. Buna görə də ISO 28000-nin alınması əhəmiyyətli dərəcədə sübut edir ki, AsstrA şirkəti təhlükəsizliyə birinci dərəcəli önəm verir və Müştərilər üçün xidmətlərin keyfiyyətini yaxşılaşdırmağa imkan verərsə, hətta sərt yoxlamalardan keçməyə hazırdır.

- Bu sertifikat məhz nəyi Müştəriyə zəmanət verir?

- ISO-28000 daşınmanın hər bir mərhələsinə qarşı risklərin səmərəli idarə edilməsinə real zəmanət verir. Aydındır ki, bu, yükləmə-boşaltma zamanı pozuntuları, oğurlanmaların sayını və yüklərin korlanmasını azaltmağa, eləcə də risklərin azaldılmasının köməkliyi ilə daşımanın dəyərini optimallaşdırmağa imkan verəcək. Bundan başqa, bir çox şirkət daxili korporativ qaydalar üzrə yalnız sertifikatlaşdırılmış 3PL-provayderlə işləyə bilər. Buna görə də ISO 28000-nin alınması sadəcə imic gedişatı və ya bazarda nüfuzumuzun möhkəmlənməsi demək deyil, bu, dünyada sınanmış və tanınmış təhlükəsizlik sistemi çərçivəsində yeni Müştərilərlə gerçək əməkdaşlıq imkanıdır.

Həmçinin başa düşmək lazımdır ki, sertifikat indiki mərhələdə fəaliyyətimizin qiymətləndirilməsidir. Lakin bu o mənaya gəlmir ki, biz sayıqlığı itirməliyik və inkişafdan dayanmalıyıq. Əməkdaşların hər biri daşımaların təhlükəsizliyinin əhəmiyyətini başa düşməli və şirkətlə müştərilərin tələblərinə kifayət qədər diqqət ayırmalıdır.

ISO 28000:2007 yüksək standartlarına uyğunluğunu təsdiq etmək və tədarük zənciri üzrə təhlükəsizlik menecment sisteminin mütəmadi təkmilləşdirilməsi üçün AsstrA şirkətlər qrupunun auditi sonrakı illər ərzində hər il aparılacaq.

“AsstrA-Associated Traffic AG” baş ofisi Sürixdə yerləşən (İsveçrə) beynəlxalq şirkətlər qrupudur. Logistika sahəsində 20 ildən artıq iş təcrübəsinə və qüsursuz nüfuza malikdir. Şirkət MDB, Avropa və Asiyanın 18 ölkəsində təmsil olunub.

AsstrA müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq daşımaların təşkili, idxal- ixrac müşayiəti, yüklərin sığortalanması, layihə logistikası, habelə ticarət, anbar və gömrük xidmətlərini özündə birləşdirən xidmətlərin tam kompleksini təqdim edir.

AsstrA ofislərin geniş təmsilçiliyi və peşəkarlarla əməkdaşlıq sayəsində cəlbedici qiymətlər üzrə optimal logistik həllər təklif edir, eləcə də hər bir müştəri və tərəfdaşın tələbatlarını nəzərə alır.

AsstrA Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası (FIATA) və Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (BADA) üzvüdür, habelə ISO 9001, ISO 14001, OHSAS 18001 sertifikatlarına malikdir.

Əlaqə üçün:

Email: [email protected],

Моб.: +994 50 2450456

WhatsApp & Viber: +48 576147796

Website: http://www.asstra.com/az/

Fb: https://www.facebook.com/AsstrAsia/?ref=bookmarks

Məqalədə:
Xəbər lenti

Xəbər lenti