...

“ADA” Universiteti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcək (FOTO)

İqtisadiyyat Materials 17 Yanvar 2019 10:43 (UTC +04:00)
Ölkəmizdə kiçik və orta biznesin inkişafı istiqamətində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dövlət qurumları ilə yanaşı, müxtəlif ali təhsil müəssisələri ilə də əlaqələrini genişləndirir.
“ADA” Universiteti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcək (FOTO)

Bakı. Trend:

Ölkəmizdə kiçik və orta biznesin inkişafı istiqamətində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dövlət qurumları ilə yanaşı, müxtəlif ali təhsil müəssisələri ilə də əlaqələrini genişləndirir.

Trend-in məlumatına görə, yanvarın 16-da KOBİA və “ADA” Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar.

Sənədə əsasən, KOBİA və “ADA” Universiteti gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, universitetin tədris-innovasiya infrastrukturundan kiçik və orta biznesin (KOB) faydalanması, bu ali təhsil müəssisəsində aparılan tədqiqat işlərindən KOB-larda istifadə, innovativ sahibkarlığın təşviqi üçün KOB-ların və startapların universitetlə qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi, KOB-un tələbatına uyğun ixtisaslar üzrə müasir təhsil proqramları, dərsliklər və metodiki vəsaitlərin hazırlanması, universitetin bakalavr və magistrlərinin özəl sektorda istehsalat təcrübəsi keçməsi və s. sahələrdə əməkdaşlıq edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti