...

"Volvo" 200 mindən çox avtomobili geri çağırıb

İqtisadiyyat Materials 5 Fevral 2019 16:20 (UTC +04:00)

Bakı. Trend:

"Volvo" şirkəti bir neçə ölkədə 200 mindən çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar yanacaq borusunda çatların olması ilə əlaqədar verilib.

Qeyd olunur ki, bu qüsur yanacağın mühərrikə tökülməsinə səbəb ola bilər.

Geri çağırılma 2015-2016-cı illərdə istehsal olunmuş V40, V40CC, S60, S60CC, V60, V60CC, XC60, V70, XC70, S80 və XC90 modellərinə şamil edilir.

Bundan başqa, proqram təminatında qeydə alınan qüsurlarla əlaqədar 2017-ci il ərzində istehsal olunmuş 2 minə yaxın S90, V90 Cross Country, XC40, XC60 və XC90 modelləri geri çağırılıb.

Təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti