...

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İqtisadiyyat Materials 18 Fevral 2019 13:06 (UTC +04:00)
"InvestAZ" İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

"InvestAZ" İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir:

EUR

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri 2019-ci ilin maksimum səviyyələrinə kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. ABŞ iqtisadiyyatına dair fundamental göstəricilərin keçən həftə ərzində mənfi açıqlanması, dolların 0.7% ucuzlaşmasına təsir edib.

EUR/USD məzənnəsi də yenidən 1.13$-in üzərində ticarət ediləməkdədir və 1.1340$-ı da yuxarı istiqamətdə qırarsa, 1.1362 və 1.1452$-a kimi də bahalaşa bilər.

Cümə günü Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avrozonadan inflyasiya ilə bağlı önəmli fundamental məlumatların da məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.

GBP

GBP/USD məzənnəsi də bahalaşmaqdadır. Dünya birjalarında 1.29$-ın üzərində ticarət edilən məzənnə, sözügedən səviyyənin üzərində qaldıqca, 1.30$-a kimi də bahalaşa bilər.

Bununla yanaşı, çərşənbə axşamı saat 13:30-da dərc ediləcək İngiltərənin əmək bazarı ilə bağlı önəmli statistik göstəricilər də investorların diqqət mərkəzindədir.

TRY

Türkiyə valyuta birjalarında isə dolların qiyməti 5.26TL-də dəstək görməkdədir. Təhlillərə əsasən, USD/TRY məzənnəsi, 5.32TL-ni də yuxarı istiqamətdə qırarsa, artım dalğası 5.36TL-yə kimi də davam edə bilər.

Türkiyədə inflyasiyanın yenidən arta biləcəyi riskləri, ölkə valyutasına təzyiq edən əsas amillər arasındadır.

OIL

Avropanın Brent markalı neftinin qiyməti dəyər qazanmaqda davam edir. Enerji birjalarında artıq 66$-a təklif edilən bir barel üzrə qiymət,68$-a kimi də dəyər qazana bilər. Bahalaşmaya səbəb, dolların valyuta birjalarında ucuzlaşmasıdır.

Bu həftənin cümə axşamı saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Əlvan metallar bazarlarında qızıl qiymətlərində növbəti artım dalğasının şahidi oluruq. Bu gün səhər saatlarında 1325$-a (42.6 $/qram) kimi dəyər qazanan bir unsiya üzrə qiymət, cari ilin maksimum səviyyəsini - 1326$-ı (42.6 $/qram) da qırarsa, 1340$-a (43.1 $/qram) kimi də bahalaşa bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti