Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib (FOTO)

Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib (FOTO)

Bakı. Trend:

Ölkənin aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin Dövlət Gömrük Komitəsinin Akademiyası, Kinoloji Mərkəzi və “Azərterminalkompleks” Birliyinə səfəri təşkil edilib.

Komitədən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində həmin qurumların yaranması və fəaliyyəti barədə jurnalistlərə məlumat verilib, onların sualları cavablandırılıb.

Mediatur “Azərterminalkompleks” Birliyi ilə tanışlıqdan başlayıb.

“Azərterminalkompleks” Birliyinin rəisi, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov jurnalistlərə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışıb.

Birliyin binasında yerləşən Heydər Əliyev Muzeyində jurnalistlərə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlar, ulu öndərin gömrük orqanlarının yaranması və formalaşmasındakı gərgin və misilsiz əməyi barədə məlumat verilib.

Sonra jurnalistlər Birliyin tərkibində fəaliyyət göstərən Gömrük Tarixi Muzeyi ilə də tanış olublar. Bildirilib ki, muzey müxtəlif vaxtlarda qaçaqmalçılıq yolu ilə ölkənin gömrük sərhədindən keçirilməyə cəhd göstərilən və gömrükçülər tərəfindən saxlanılan tarixi eksponatlardan təşkil edilib. 600-dən çox eksponata malik olan muzeydə yalnız Azərbaycanın deyil, Qərbi Avropa, Rusiya, həmçinin Şərq ölkələrinin incəsənətini təmsil edən dəzgah rəssamlığı, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət nümunələri, Qədim Roma, Bizans imperiyası, Səfəvilərin hakimiyyəti dövrünə aid sikkələr, XIX-XX əsrlərə aid “Quran” və “İncil” nüsxələri, ikonalar, müxtəlif dinlərə aid əşyalar toplanıb.

Dövlət Gömrük Komitəsinin Akademiyası barədə məlumatı isə jurnalistlərə Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov çatdırıb.

Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan bu ali təhsil müəssisəsi 2014-2015-ci tədris ilində fəaliyyətə başlayıb. Hazırda Akademiyada hüquqşünaslıq və iqtisadiyyat ixtisasları üzrə 176 tələbə təhsil alır. Akademiya Ümumdünya Gömrük Təşkilatı Regional Tədris Mərkəzinin binasında yerləşir və burada tələbələrlə yanaşı, gömrük orqanlarında yeni işə qəbul edilənlər də dinləyici qismində gömrük işinin sirlərini öyrənirlər. Qulu Novruzov onu da vurğulayıb ki, tədris prosesində ən müasir metodologiyalardan istifadə edilir və Akademiyanın pedaqoji heyəti əksəriyyəti xaricdə təhsil alan ixtisaslı kadrlardan təşkil olunub. Qulu Novruzov DGKA-da tədris prosesinin və imtahan sessiyasının təşkili barədə də məlumat verərkən onu da bildirib ki, DGKA-da tədrisin avtomatlaşdırılması və təhsil prosesinin elektron idarə edilməsi üzrə innovativ proqram təminatından istifadə olunur. O, imtahanların nəticələri barədə tələbələrin şikayətlərinə vaxtında baxmaq məqsədilə apellyasiya komissiyasının fəaliyyət göstərdiyini vurğulayıb.

O da bildirilib ki, 2018-ci ildə Akademiyadanı bitirən ilk məzunlardan 16-sı xaricdə və ölkədəki təhsil müəssisələrində magistr dərəcəsi üzrə təhsillərini davam etdirir, 10 nəfəri isə gömrük orqanlarında işlə təmin olunub.

Qeyd edilib ki, təhsil prosesində xarici dillərin tədrisinə xüsusi önəm verilir və bu ildən Akademiyada gömrük işi sahəsində informasiya texnologiyalarının tətbiqi və gömrük nəzarətinin təşkili ilə bağlı biliklər də tədris olunur.

Daha sonra jurnalistlərə auditoriyalar və buradakı dərs prosesi barədə əyani şəkildə məlumat verilib. Qeyd olunub ki, tədris və imtahan prosesi informasiya texnologiyalarının tətbiqi ilə tam avtomatlaşdırılmış və şəffaf şəkildə həyata keçirilir. Jurnalistlər Akademiyada təşkil edilən və gömrük nəzarəti zamanı tətbiq edilən texniki nəzarət vasitələri otağı, buradakı tədris prosesi barədə də məlumatlandırılıb. Sonda media nümayəndələri Akademiya tələbələrinin rəsmi keçidini izləyiblər.

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi ilə tanışlıq da media nümayəndələrinin marağına səbəb olub.

Mərkəzin rəisi, gömrük xidməti polkovniki İlkin Osmanov bildirib ki, Mərkəz 2003-cü ildə istifadəyə verilib və parametrlərinə, təchizatına görə regionda analoqu yoxdur. Dörd hektar ərazini əhatə edən mərkəzin bazasında eyni vaxtda 100 baş xidməti it saxlamaq, onlara tibbi qulluq göstərmək və təlim vermək mümkündür. Mərkəzdə, həmçinin cins küçüklərin çoxaldılması, böyüdülməsi və saxlanılması da həyata keçirilir.

Burada xidməti axtarış itlərinin narkotik vasitələrin, partlayıcı maddələrin, odlu silahların və döyüş sursatının axtarışı, iz üzrə axtarış, bütün növ obyektlərin mühafizəsi üzrə hazırlanması həyata keçirilir.

Mərkəzdə müasir avadanlıqlarla təchiz olunmuş baytarlıq klinikası fəaliyyət göstərir ki, burada itlərin müayinə və müalicəsi üçün bütün imkanlar mövcuddur.

O da qeyd olunub ki, Kinoloji Mərkəzdə təlim olunan itlər dəfələrlə müxtəlif yarışların qalibləri olub. Hətta “Layma” ləqəbli it 2003-cü ildə Bratislavada keçirilən 2-ci Avropa çempionatında baş mükafatı qazanıb. Burada yetişdirilən xidməti axtarış itləri dünyanın bir sıra ölkələrinin gömrük orqanlarına hədiyyə edilib.

Mərkəzin təlim meydançasında xidməti axtarış itləri narkotik vasitələrin və digər qadağan edilən maddələrin aşkar edilməsi üzrə bacarıqlarını da nümayiş etdiriblər.

Tədbirdə media qurumlarının 40-a yaxın əməkdaşı iştirak edib.

İranda sutka ərzində 8 293 nəfər koronavirusa yoluxub
İranda sutka ərzində 8 293 nəfər koronavirusa yoluxub
Rusiyada koronavirusdan ölənlərin sayında növbəti rekord qeydə alındı
Rusiyada koronavirusdan ölənlərin sayında növbəti rekord qeydə alındı
Ermənistanda daha 29 nəfər koronavirusdan öldü
Ermənistanda daha 29 nəfər koronavirusdan öldü
Loading Bars
Xəbər lenti
İranda sutka ərzində 8 293 nəfər koronavirusa yoluxub
Ermənistanın Bərdədə dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı BMT-nin Uşaq Fonduna müraciət edilib
Kamran Əliyev Türkiyənin Ədliyyə naziri, Baş prokuroru və Ali Məhkəməsinin sədri ilə telefonla danışıb
Faşizmin "yeni" tarixini yazan baş nazir - Müharibə Paşinyanın əsl üzünü ortaya çıxardı
Ermənistan bütün İslam dünyasına qarşı düşmən münasibət bəsləyir - Əlcəzairli politoloq
Koronavirusun aşkarlandığı yerlərdə əksepidemik tədbirlər hansı qaydada təşkil olunur?
Bərdə sakinləri Azərbaycan ordusuna arxayındır - Vidadi İsayev
Döyüşlər başayandan Tərtərə 15 mindən çox mərmi düşüb
BQXK-nin prezidenti Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yayıb
Bərdədə raketin atıldığı yer təsadüfən seçilməyib - İcra başçısı
Ermənistan Göygölü raket atəşinə tutdu, meşədə yanğın başladı - FHN
29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günüdür
Bərdənin qisası alınır: Düşmən qüvvələri döyüş meydanında məhv edilib - MN (VİDEO)
Ermənistan hərbi-siyasi rəhbərliyi tezliklə cəzasını alacaq - Kamran Əliyev
29 ictimai iaşə müəssisəsinin COVİD-lə bağlı qaydalara əməl etmədiyi aşkarlanıb
BQXK-nin Avropa nümayəndəliyi Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yayıb
Ermənistan rəhbərliyi o qədər quzğunlaşıb ki, diplomatlar Tərtərdə olanda da atəş açırdılar - Hikmət Hacıyev (FOTO)
Xəstəlik ocaqlarında dezinfeksiya tədbirlərinin vaxtında aparılması vacibdir - Səhiyyə Nazirliyi
"Niyə belə edirsiz, sizin uşaqlarınız yoxdur?" - "New York Times"ın Bərdəyə hücum anından reportajı
Azərbaycan Qarabağı insanların ləyaqətlə və sülh şəraitində yanaşı yaşayacağı çiçəklənən, təhlükəsiz ərazisi kimi görür
Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub
Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib
Nazir MDB dövlətlərini Ermənistanın terror hücumlarını pisləməyə çağırıb (FOTO)
Beynəlxalq aləm göz yumduqca Ermənistan terrora davam edəcək - Deputat
30 meyit və 2 mülki şəxs Ermənistana təhvil verilib
Ombudsman Bərdədə faktaraşdırıcı missiya keçirir (FOTO)
Ermənistana olan "yardım"lar işğalın maliyyələşməsinə xidmət edir
Ermənistan sülh istəmir - Rufiz Hafizoğlu "Əl-Cəzirə" telekanalına açıqlama verib (FOTO/VİDEO)
Bərdə faciəsi terrorçu ermənilərin xalqımıza qarşı 200 illik cinayətlərinin davamıdır - Qafqazşünaslıq İnstitutu
Hikmət Hacıyev xarici diplomatlarla Tərtərdədir
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Paşinyan, Bərdəyə raket hücumu ilə böyük səhv etdiniz - Hikmət Hacıyev
Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 90-a çatdı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından saxta məktublar göndərilir - Xəbərdarlıq
Ombudsman UNICEF-ə etiraz məktubu göndərib: Erməni terroruna göz yumulur
Azərbaycan haqq işi uğrunda mübarizəsindən dönən deyil - Naqif Həmzəyev
Təhsil Nazirliyində vətəndaşların qəbulu dekabrın 1-dək dayandırılır
Raket zərbələri Bərdə Olimpiya İdman Kompleksini yararsız hala salıb (FOTO)
Ermənilər Laçındakı ziyarətgah və məscidləri donuz tövləsinə çeviriblər (FOTO)
Yaylım atəşli reaktiv sistemlərimizin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir - MN
Türk Ticarət-Sənaye Palatası “Azərbaycana dəstək” şüarı ilə növbədənkənar iclas keçirəcək
Terrorla Azərbaycan xalqını haqq yolundan döndərmək mümkün deyil - Əli Əhmədov
Amerika Azərbaycanlıları Şəbəkəsi Bərdə terroru ilə bağlı məktub kampaniyasına başlayıb
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan HHQ-nin aviasiya vasitələri bugünkü döyüşlərdə tətbiq olunmayıb - MN
Rusiyada koronavirusdan ölənlərin sayında növbəti rekord qeydə alındı
Birinci vitse-prezident Mehriban Əliyeva: Türkiyənin və Türkiyə xalqının hər bir azərbaycanlının qəlbində xüsusi yeri vardır (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Deputatlar Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər
Azərbaycan nefti ucuzlaşıb
Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti dünya mediasında
Yapon xalqı Azərbaycanın mövqeyindən xəbərdardır - Səfir
Ermənistan xarici diplomatların olduğu Bərdəni atəşə tutur (VİDEO)
YAP Bərdə terroru barədə dünya ictimaiyyətini e-mail məlumatlandırma aksiyasını keçirir
Tərtərə gedirik, atırlarsa atsınlar - Hikmət Hacıyev
İndiyədək 90 dinc sakin erməni terrorunun qurbanı olub - RƏSMİ
Mülki insanlara hücum tapşırığı verən Ermənistan rəhbərliyi layiqli cavabını alacaq - Hərbi ekspert
Ceyhun Bayramovun Cenevrə səfərinin vaxtı dəyişdirilib
Biz onları iti qovan kimi qovuruq - Azərbaycan Prezidentinin köməkçisi
Dövlət Miqrasiya Xidməti karantin rejiminin uzadılması ilə bağlı əcnəbilərə müraciət edib
Bərdədə baş verən bu hadisə yerli sakinləri qorxuda bilməz - İcra başçısı
Bərdədəki yaralıların 3-ü Bakıya təxliyə edilib
Dünən Bərdəyə 144 ədəd bombacıq atılıb - ANAMA
Gec-tez Ermənistan rəhbərliyi məsuliyyətə cəlb ediləcək - Kamran Əliyev (ƏLAVƏ OLUNUB) (FOTO)
Bu gün Zəngilanın işğalından 27 il ötmür
Əli Əsədov Respublika Günü münasibətilə Türkiyənin vitse-prezidentini təbrik edib
Hikmət Hacıyev və xarici diplomatlar Bərdədədir (FOTO) (ƏLAVƏ OLUNUB)
Geri çəkilməyə məcbur edilən düşmən məğlubiyyətinin əvəzini dinc sakinləri atəşə tutmaqda görür - MN
Xankəndidə doğum evinin bombalanması barədə feyk (FOTO)
Baş Prokurorluq işğaldan azad olunmuş ərazilərdə zərərin müəyyən edilməsindən ötrü istintaq hərəkətləri keçirir
Sumqayıtda xüsusi əməliyyat: Külli miqdarda heroin aşkarlandı (FOTO/VİDEO)
Ermənistan hərbi əməliyyatlara KTMT-ni cəlb etməyə çalışır - Deputat
Ermənistanda daha 29 nəfər koronavirusdan öldü
Pakistan daim qardaş ölkə Azərbaycanın yanındadır- Səfir (FOTO)
Ümidsiz halda uçurumun kənarında dayanmışıq - Erməni biznesmendən Paşinyana açıq məktub
Ağsuda 9 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulub (FOTO)
Makedoniyanın Beynəlxalq Vizyon Universitetindən Azərbaycana dəstək (FOTO)
“PAŞA Həyat” üçüncü rüb üzrə maliyyə nəticələrini açıqladı
Müharibədən sonra Azərbaycan öz imkanları hesabına azad edilmiş ərazisini inkişaf etdirə biləcək - İqtisadçı
Azərbaycanın zəfəri erməni faşistləri üzərində Qələbə Günü olacaq - Tarixçi
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bərdəyə raket hücumu ilə bağlı bəyanat yayıb
Düşmənin döyüş meydanında atıb qaçdığı texnika və döyüş sursatı (VİDEO)
TREND BİA-nın “Bakı-İstanbul” telekörpü layihəsi çərçivəsində Ermənistanın mülki vətəndaşlara hücumu müzakirə olunub (VİDEO)
Azərbaycanın Bərdəyə hücumun intiqamını alacağına əminəm - İranın dini liderinin nümayəndəsi
Bərdə və Gəncədə ermənilərin törətdiyi vandalizm ABŞ azərbaycanlılarını ayağa qaldırıb (FOTO)
BQXK Bərdədə həlak olan və yaralanan könüllüləri barədə bəyanat yayıb
Erməni katolikosunun xalqını müharibəyə səsləməsi ilk dəfə deyil - Elm Tarixi İnstitutu
Bərdəyə atılan raketin qalıqları (FOTO)
“Charlie Hebdo”nun Ərdoğanı hədəfə almasını kəskin şəkildə qınayırıq - Hikmət Hacıyev
Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib - MN
Baş Prokurorluq ermənilərin Gəncə terroru barədə 6 dildə videoçarx hazırladı
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub - MN
Qubadlı rayonunun işğaldan azad olunan kəndləri (VİDEO)
Şabranda 29 yaşlı oğlan küçədə ölümcül bıçaqlandı
BQXK-nin könüllüsü Bərdədə humanitar yardım zamanı həlak olub - Hikmət Hacıyev
Ermənistan ordusunda qiyam baş verib
Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı artıb
Oktyabrın 29-da xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycan Ordusunun əməliyyatları Ermənistan hərbçilərində psixoloji gərginlik yaradıb - Hərbi ekspert
Qazaxıstanda koronavirusa daha 268 nəfər yoluxub
Bütün xəbərlər