...

“4S” şirkəti 3 günlük seminarlar təşkil edib (FOTO/VİDEO)

İqtisadiyyat Materials 28 Fevral 2019 13:00 (UTC +04:00)
“4S” şirkəti Qəbələ rayonunda Qəbələ Aqrokompleksin və Gilan Dairy-nin, İsmayıllı rayonunun Azza Agro kompleksində, Ağdaş rayonunda Turyançay fermer təsərrüfatında, Goranboy rayonunda “Türk Qida sənayesi” MMC-də, Bərdə rayonun Sani MMC fermasında, Cəlilabad rayonunun Cənub Agro MMC-nin fermalarında 3 günlük seminarlar təşkil edib.
“4S” şirkəti 3 günlük seminarlar təşkil edib (FOTO/VİDEO)

Bakı. Trend:

“4S” şirkəti Qəbələ rayonunda Qəbələ Aqrokompleksin və Gilan Dairy-nin, İsmayıllı rayonunun Azza Agro kompleksində, Ağdaş rayonunda Turyançay fermer təsərrüfatında, Goranboy rayonunda “Türk Qida sənayesi” MMC-də, Bərdə rayonun Sani MMC fermasında, Cəlilabad rayonunun Cənub Agro MMC-nin fermalarında 3 günlük seminarlar təşkil edib.

Tədbirə dəvət edilmiş xarici ekspert, PPMA GmbH & Co.KG şirkətinin aqrar sahə üzrə iqtisadçısı Bernd Henn süd verən iri buynuzlu mal-qara üçün düzgün yemin hazırlanması, Azərbaycan iqlimi və məhsuldarlığı şəraitində premium sinif yemlərinin istehsal üsulları üzrə master-klasslar keçirib, həmçinin keyfiyyətli yemin əldə edilməsi üçün doğru kombayn seçiminin vacibliyi barədə danışıb.

Seminarlar müddətində fermerlərin cari yemləmə modelləri araşdırılmış, xüsusi riyazi formullara əsaslanaraq iri buynuzlu mal-qara üçün təşkil edilmiş yem rasionu analiz edilmiş və individual proqnozlar hazırlanıb. Hər bir fermer üçün yemləmə rasionunun daha düzgün tərtib edilməsi üçün səyyar baxış keçirilmiş, məsləhətlər verilib.

Əlavə olaraq iştirakçılar qeyri-rəsmi şəraitdə bir-biri ilə və CLAAS şirkətinin servis tərəfdaşı olan “4S” şirkətinin nümayəndələri ilə ünsiyyət etmiş, fikir və təcrübə mübadiləsi aparıblar.

CLAAS şirkəti – Avropada aparıcı kənd təsərrüfatı texnikasının istehsalçısıdır.

Əlaqə üçün:

"4S" MMC

Sabayıl dairəsi Səlyan yolu 14

Əlaqə: *3131

FB: https://www.facebook.com/ssss.az/

[email protected]

www.ssss.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti