Bakı. Elçin Mehdiyev - Trend:
2020-ci ildən bütün Azərbaycan ərazisində icbari tibbi sığorta sistemi tətbiq olunacaq.
Bununla da qanunsuz ödənişlərin qarşısı alınacaq. Trend-in məlumatına görə, bunu deputat Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib.
R.Mahmudov bildirib ki, icbari tibbi sığorta sistemi tətbiq edilməsindən sonra tibb işçiləri qanuni şəkildə gəlir əldə etmək imkanı əldə edəcəklər.
Azərbaycanda lazımi tibbi xidmət göstərmək üçün bütün imkanların olduğunu deyən deputat söyləyib ki, son illər 700-dən çox texnika ilə təmin edilən xəstəxanalar məhsuldarlığın artırılmasına imkanlar yaradır.
Bütün bunlarla yanaşı tibbi xidmətin əlçatanlığı, xidmətin keyfiyyətinin artırılması vacibdir”.
Deputat qeyd edib ki, görülən işlərlə yanaşı, xəstəxanaların keyfiyyət statusuna görə akreditasiyadan keçirilməsi, standartların hazırlanması, ixtisaslaşmış tibb personalnın akreditasiya qaydalarının hazırlanması, ailə həkiminin funksionallığı, “Əhalinin sağlamlığı” haqqında qanuna əlavələr edilməsi mühüm məsələlərdən biridir:
“Qida təhlükəsizliyi ilə əlaqədar qısa müddətdə görülən işlərin gələcəkdə daha sağlam gələcəyin formaslaşmasında mühüm xidməti olacaq. İcbari tibbi sığorta daha geniş şəkildə tətbiq edilməlidir”.