...

Novruz hədiyyəniz "Hesab.az"dan

İqtisadiyyat Materials 19 Mart 2019 15:50 (UTC +04:00)
Şirkət Novruz bayramı ilə bağlı istfadəçilərini sevindirən kampaniyalar ilə onları hədiyyəsiz qoymayacaq.
Novruz hədiyyəniz "Hesab.az"dan

Bakı. Trend:

Milli bayramımız olan Novruz bayramı sevinc və bərəkət rəmzidir. Hesab.az onlayn ödəmə portalı rəngarəngliyi ilə seçilən, fərqli adət-ənənələr ilə zəngin olan, ən vacibi isə yurdumuza bahar gətirən Novruz bayramı ilə bağlı istfadəçilərini sevindirən kampaniyalar ilə onları hədiyyəsiz qoymayacaq.

GoldenPay şirkətindən Trend-ə verilən məlumata görə, bayram günlərində 20-24 Mart tarixlərində baş tutacaq kampaniya ilə onlara əsl bayram sevinci yaşadacaq. Belə ki, qeydiyyatlı olaraq mobil balansı bir dəfəyə 30 AZN və daha çox artırdıqda USB kabel hədiyyə qazanacaqlar. Eyni zamanda Facebook izləyiciləri üçün maraqlı müsabiqə həyata keçiriləcək. 19-21 Mart tarixlərində 3 gün davam edəcək müsabiqədə hər günə 3 qalib seçiləcək. Qalibləri dəyərli hədiyyələr gözləyir. Daha ətraflı məlumatı Hesab.az –ın Facebook səhifəsindən əldə edə biləcəksiniz. Bu il hədiyyəniz Hesab.az-dan olsun.

GoldenPay şirkəti - Hesab.az komandası bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bayram günlərində bahar əhval-ruhiyyəsi, cansağlığı və xoş günlər arzulayır.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti