...

"Rabitəbank" tərəfindən ilk dəfə “Media Sahibkarlığı və PR” mövzusunda təlim təşkil olunub (FOTO)

İqtisadiyyat Materials 27 Mart 2019 14:48 (UTC +04:00)

Bakı. Trend:

“Rabitəbank” tərəfindən media nümayəndələri üçün “Media sahibkarlığı və PR” istiqamətində intensiv təlim sessiyası təşkil olunub.

İntensiv təlim sessiyasında təlimçi qismində isə Almaniya, Böyük Britaniya və Amerikada media və kommunikasiya sahəsində təhsil və təcrübə proqramlarının iştirakçısı, yerli mütəxəssis Ellada Mustafayeva çıxış edib.

Təlim əsasən, biznes jurnalistikası üçün lazım olan bacarıqlar, mövzuları araşdırmaq üçün haştaq strategiyası, yeni mediada vizual məzmun yaratmaq üçün alətlər, online mediada marketinq və PR, media sahibkarlığı, sosial media kampaniyaları, branding, viral və hədəf auditoriyasına yönəlik marketinq mövzularını geniş əhatə edib.

Təlimin sonunda peşəkar jurnalistlərlə yanaşı, gənc media nümayəndələrilə interaktiv formada, xüsusi workshoplar (təlim tapşırıqları) təşkil olunub.

Məlumat üçün qeyd edək ki, “Rabitəbank” tərəfindən bu istiqamətdə təlim sessiyasının təşkil olunmasında məqsəd, media nümayəndələrini professional bacarıqlarınına inkişaf etdirilməsinə dəstək göstərmək, rəqəmsal aləmdə başverən yeniliklər və tətbiqlər barədə informasiya mübadiləsini həyata keçirmək və gələcək əməkdaşlıqları gücləndirməkdir.

Bundan əlavə, “Rabitəbank” gələcəkdə də rəqəmsal jurnalistika istiqamətində təlim sessiyalarının təşkilini davam etdirmək, yerli media ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir.

Ölkənin ilk müstəqil banklarından biri olan Rabitəbank, 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti