...

İqtisadiyyat Nazirliyi “Diqlas”dakı yanğından zərərçəkmiş sahibkarlara müraciət edib

İqtisadiyyat Materials 28 Mart 2019 19:30 (UTC +04:00)

Bakı. Trend:

“Diqlas” ticarət mərkəzindəki yanğından zərərçəkmiş sahibkarlarla fərdi qaydada görüş keçiriləcək.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 26-da Bakı şəhəri, Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərərçəkmiş sahibkarlarla operativ əlaqələrin qurulması və onlara dəstək göstərilməsi işlərinin koordinasiyalı təşkili üçün Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən İqtisadiyyat Nazirliyində işçi qrupu yaradılıb.

Bununla bağlı, Bakı şəhəri, Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar ziyan dəymiş sahibkarların problemlərinin öyrənilməsi məqsədilə İşçi Qrupu tərəfindən cari ilin 29-31 mart tarixlərində onların hər biri ilə qabaqcadan razılaşdırılmaqla müəyyən olunmuş vaxtlarda fərdi qaydada qəbul edilərək dinlənilməsi həyata keçiriləcək.

Qəbul İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (Ünvan: Atatürk pr.,134, tel. 012-404-04-01) təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti