...

Şəhid ailələrinin kreditləri ilə bağlı QƏRAR! Bankların vəsaiti hesabına ödəniləcək

İqtisadiyyat Materials 2 Aprel 2019 12:49 (UTC +04:00)
Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib
Şəhid ailələrinin kreditləri ilə bağlı QƏRAR! Bankların vəsaiti hesabına ödəniləcək

Bakı. Trend:

Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, iclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1000 (min) AZN qədər kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilib.

Bundan sonra da banklara bu istiqamətdə əlavə güzəştlər edilməsi imkanlarının araşdırılması tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti