...

"Azerbaijan Poultry Company"də yeni təyinat

İqtisadiyyat Materials 5 Aprel 2019 11:45 (UTC +04:00)

Bakı. Trend:

"Azerbaijan Poultry Company"də (gələcəkdə “APC” LLC) yeni təyinat olub. Təsisçilərin qərarı ilə 01 aprel 2019-cu il tarixdən Rüfət Məmmədzadə müəssisənin baş direktoru vəzifəsinə təyin edilib.

Rüfət Məmmədzadənin 10 ildən artıq kənd təsərrüfatı və FMCG sahəsində müxtəlif şirkət və holdinqlərdə rəhbərlik təcrübəsi vardır. O, texnika elmləri üzrə fəlsəfə doktoru və avropada iqtisadiyyat üzrə ali təhsil alıb.

Qeyd edək ki, "APC" MMC 2012-ci ildə təsis edilmiş və "Mərcan" markası altında yüksək keyfiyyətli toyuq ətinin istehsalı ilə məşğuldur. "Mərcan" toyuq məhsulları Azərbaycan istehlakçılarının ərzaq səbətində əhəmiyyətli yer tutmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti