...

"Subaru" sürənlər! 52 mindən çox avtomobil geri çağırılıb

İqtisadiyyat Materials 6 May 2019 15:36 (UTC +04:00)
"Subaru Motor" şirkəti Rusiyada 52 mindən çox avtomobili geri çağırıb
"Subaru" sürənlər! 52 mindən çox avtomobil geri çağırılıb

Bakı. Trend:

"Subaru Motor" şirkəti Rusiyada 52 mindən çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar mühərrikin klapan yaylarının mümkün dağılması ilə əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2009-2016-cı illərdə istehsal olunmuş "Impreza", "Forester", XV və BRZ modellərinə şamil olunur.

Qeyd edək ki, təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti