...

"Mazda" 1,7 minə yaxın avtomobili geri çağırıb

İqtisadiyyat Materials 11 İyun 2019 14:35 (UTC +04:00)
"Mazda Motor" şirkəti Rusiyada 1,7 minə yaxın avtomobili geri çağırıb
"Mazda" 1,7 minə yaxın avtomobili geri çağırıb

Bakı. Trend:

"Mazda Motor" şirkəti Rusiyada 1,7 minə yaxın avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar şüşə təmizləyicilərin işində qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2015-ci ilin avqustundan 2018-ci ilin martınadək Rusiyada satılmış "Mazda 3" modellərinə şamil olunur.

Bildirilir ki, həmin qüsur hərəkət zamanı ön şüşədən görmə qabiliyyətini azalda bilər.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti