...

Azərbaycandan Türkiyə limanları vasitəsilə ötürülən yüklərin HƏCMİ açıqlanıb

İqtisadiyyat Materials 6 İyun 2019 17:56 (UTC +04:00)
2019-cu ilin aprel ayında Azərbaycandan Türkiyə limanları vasitəsilə ötürülən yüklərin həcmi 142 ton təşkil edib.
Azərbaycandan Türkiyə limanları vasitəsilə ötürülən yüklərin HƏCMİ açıqlanıb

Bakı. Rufiz Hafizoğlu. Trend:

2019-cu ilin aprel ayında Azərbaycandan Türkiyə limanları vasitəsilə ötürülən yüklərin həcmi 142 ton təşkil edib.

Bu barədə Trend-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, 2018-ci ilin yekunları üzrə Azərbaycandan Türkiyə limanları vasitəsilə ötürülən yüklərin ümumi həcmi 17 976 ton təşkil edib. Bu yüklər müxtəlif ölkələrin bayraqları altında üzən gəmilər vasitəsilə daşınıb.

Nazirlikdən qeyd ediblər ki, 2019-cu ildə Türkiyə limanları vasitəsilə başqa ölkələrə 2409 ton yük göndərilib.

Qeyd edək ki, 2019-cu ilin təkcə aprel ayında Türkiyə limanlarına 4,51 min gəmi gəlib. Bu gəmilərin 1,72 mini Türkiyə bayrağı altında, 2,79 mini müxtəlif ölkələrin bayraqları altında üzən gəmilərdir.

Ümumilikdə 2019-cu ilin yanvar-aprel aylarında Türkiyə limanları 16,2 min gəmi qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti