...

“Türk Hava Yolları” Nigeriyanın Port Harkort şəhərini uçuş şəbəkəsinə daxil edir (FOTO)

İqtisadiyyat Materials 27 İyun 2019 17:44 (UTC +04:00)
“Türk Hava Yolları” uçuş xəritəsini genişləndirməkdə davam edir.
“Türk Hava Yolları” Nigeriyanın Port Harkort şəhərini uçuş şəbəkəsinə daxil edir (FOTO)

Bakı. Trend:

“Türk Hava Yolları” uçuş xəritəsini genişləndirməkdə davam edir. Bu dəfə şirkətin qlobal şəbəkəsinə Nigeriyanın mühüm şəhəri olan Port Harkort daxil olur. Bu “Türk Hava Yolları”nın Afrikada 56-cı təyinat nöqtəsidir. Port Harkort və İstanbul arasında uçuşlar həftədə 4 dəfə keçiriləcək.

Nigeriyada artıq Laqos, Kano və Abuca şəhərlərinə uçuşlar edən THY siyahısını Port Harkort ilə genişləndirərək, uçuş şəbəkəsinə 311-ci məntəqəsini əlavə etdi. “Türk Hava Yolları” Afrikada ən çox uçuşlar edən aviaşirkət olaraq qalmaqda davam edir.

Beynəlxalq Port Harkort hava limanında baş tutmuş mətbuat konfransında “Türk Hava Yolları”nın regionda satış üzrə Vitse-prezidenti Kerem Sarp bildirib ki, yeni istiqamət aviaşirkətin Afrika qitəsində genişlənməsində xüsusi rol oynayacaq:” Port Harkort “Türk Hava Yolları”nın Nigeriyada 4-cü təyinat nöqtəsidir. Şirkətimiz mədəniyyətlər arasında körpü rolunda çıxış etməkdə davam edir. Biz müştərilərimizə rahat uçuşun üstünlüklərini təklif etməkdən məmnunluq duyuruq”.

UÇUŞ

BAŞLANĞIC

SON

GÜNLƏR

GEDİŞ

GƏLİŞ

TK 621

25/06/2019

25/06/2019

Çərşənbə axşamı

IST

06:35

11:30

PHC

TK 622

25/06/2019

25/06/2019

Çərşənbə axşamı

PHC

14:30

23.10

IST

TK 627

27/06/2019

26/10/2019

Bazar ertəsi, Çərşənbə axşamı, Çərşənbə, Şənbə

IST

19:45

23:40

PHC

TK 628

27/06/2019

26/10/2019

Çərşənbə axşamı, Çərşənbə, Cümə, Bazar

PHC

00:35

9:15

IST

*Saatlar yerli vaxtla göstərilib

Uçuş qrafikləri ilə tanış olmaq üçün www.turkishairlines.com saytına daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti