...

İran ixracı və əldə edilən gəliri artırır

İqtisadiyyat Materials 7 İyul 2019 12:46 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranın 2,2 milyard avro dəyərində yeni neft-kimya layihəsi 23 avqust-22 sentyabr tarixlərində istismara veriləcək.

Trend-in məlumatına görə, bunu İranın İxrac İnkişafı Bankının (Export Development Bank of Iran) icraçı direktoru Əli Salehabadi II Milli İxracat, Sığorta və İnvestisiya konfransında deyib.

Ə.Salehabadinin sözlərinə görə, bu neft-kimya layihəsi İranın ixracdan əldə edilən gəlirinə ildə 1 milyard dollar əlavə edəcək.

Salehabadi əlavə edib ki, hazırkı şəraitdə qeyri-neft məhsullarının ixracı əhəmiyyət daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti