...

Bakının bu ərazilərində işıq olmayacaq

İqtisadiyyat Materials 22 İyul 2019 09:14 (UTC +04:00)
Pirşağı qəsəbəsi və Lahıc bağları ərazisində elektrik enerjinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Bakının bu ərazilərində işıq olmayacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün saat 10:00-dan 14:30-a qədər Pirşağı qəsəbəsi və Lahıc bağları ərazisində elektrik enerjinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə Trend-ə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə Pirşağı qəsəbəsi və Lahıc bağlarının bəzi ərazilərində elektrik verilişi xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

"Azərişıq" yaranan narahatlığa görə istehlakçılardan üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti