• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • İqtisadiyyat

Abşeronda yeni mebel istehsalı müəssisəsi fəaliyyətə başlayıb (FOTO)

4 Sentyabr 2019 15:38 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Ölkəmizdə həyata keçirilən uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli, müasir sənaye müəssisələri açılır, yeni sənaye sahələri yaradılır, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, qeyri-neft ixracının həcmi yüksəlir. Sentyabrın 4-də belə müəssisələrdən biri - Xırdalanda yerli investisiyalar hesabına qurulan yeni mebel istehsalı müəssisəsi fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, Abşeron Rayon İcra Hakimiyyətinin, Mebel İstehsalçıları Assosiasiyasının nümayəndələri, sahibkarlar iştirak edib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən olan qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər, aparılan sistemli islahatlar barədə məlumat verib, sahibkarlığın, o cümlədən kiçik və orta biznesin inkişafına dövlətin dəstək mexanizmlərini diqqətə çatdırıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonda reallaşdırılan layihələr barədə məlumat verib və yeni mebel istehsalı müəssisəsinin istifadəyə verilməsinin Abşeron rayonunun inkişafına və sakinlərin məşğulluğunun təmin edilməsinə mühüm töhfə olacağını qeyd edib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Abbasov kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Agentliyin həyata keçirdiyi dəstək tədbirlərindən danışıb, bölgələrdə, o cümlədən Abşeron rayonunda fəaliyyət göstərən “KOB Dostu” vasitəsilə sahibkarlara göstərilən xidmətlər barədə məlumat verib.

Tədbirdə çıxış edən sahibkarlar əlverişli biznes və investisiya mühitini vurğulayaraq, özəl bölmənin inkişafı üçün yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

Qeyd edək ki, 3 milyon manata yaxın investisiya qoyulmuş müəssisədə İtaliya və Türkiyədən gətirilmiş avadanlıqlar quraşdırılıb və 30 yeni iş yeri açılıb. Burada il ərzində 1200 dəst müxtəlif növ mebellər istehsal ediləcək. Müəssisədə istehsalın genişləndirilməsi və iş yerlərinin 100-ə çatdırılması nəzərdə tutulur.

Mebel istehsalı müəssisəsinin məhsulları daxili tələbatın ödənilməsinə yönəldilməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcəkdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Abşeronda yeni mebel istehsalı müəssisəsi fəaliyyətə başlayıb (FOTO)
  • Abşeronda yeni mebel istehsalı müəssisəsi fəaliyyətə başlayıb (FOTO)
  • Abşeronda yeni mebel istehsalı müəssisəsi fəaliyyətə başlayıb (FOTO)
  • Abşeronda yeni mebel istehsalı müəssisəsi fəaliyyətə başlayıb (FOTO)
  • Abşeronda yeni mebel istehsalı müəssisəsi fəaliyyətə başlayıb (FOTO)
  • Abşeronda yeni mebel istehsalı müəssisəsi fəaliyyətə başlayıb (FOTO)
  • Abşeronda yeni mebel istehsalı müəssisəsi fəaliyyətə başlayıb (FOTO)
  • Abşeronda yeni mebel istehsalı müəssisəsi fəaliyyətə başlayıb (FOTO)
  • Məqalədə:
  • İqtisadiyyat Nazirliyi
  • istehsal
  • mebel
Digər xəbərlər
Azərbaycan-Rusiya arasında Niyyət Protokolu imzalanıb (FOTO)
İqtisadiyyat 9 Dekabr 17:45
Bu sahibkarlar mənfəət vergisindən azad olacaqlar
Biznes və iqtisadiyyat xəbərləri 9 Dekabr 12:46
Bakıda TRASEKA Hökumətlərarası Komissiyanın XIV iclası və beynəlxalq konfrans keçiriləcək
İqtisadiyyat 2 Dekabr 10:47
Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 25 faizdən çox artıb (FOTO)
İqtisadiyyat 21 Noyabr 18:33
Bakıda sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların həcmi artıb
İqtisadiyyat 2 Noyabr 07:45
Mikayıl Cabbarov: İqtisadi fəallığın artırılmasına nail olmaq, yeni müəssisələrin yaradılmasını stimullaşdırmaq lazımdır (VİDEO)
İqtisadiyyat 28 Oktyabr 10:55
Xəbər lenti
Beynəlxalq Muğam Mərkəzində Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib (FOTO)
Cəmiyyət 23:31
Mixail Qusman: Heydər Əliyevin qoyduğu özül müasir Azərbaycanın parlaq uğurlarının təməl daşıdır
Siyasət 23:00
Ərdoğan və Putin arasında telefon danışığı olub
Dünya xəbərləri 22:58
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 22:30
Azərbaycanda qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 22:00
Heydər Əliyev irsi elmi ideyalara əsaslanan dövlətçilik məktəbidir (FOTO)
Siyasət 21:41
Heydər Əliyev yenidən hakimiyyətə qayıtmaqla Azərbaycanı müxtəlif feodallıqlara parçalanmaqdan xilas etdi - Arzu Nağıyev
Siyasət 20:58
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib (FOTO)
Cəmiyyət 20:48
İlahiyyat İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib (FOTO)
Siyasət 20:41
Ən çox oxunanlar
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
Bakıda ticarət mərkəzi yanır (FOTO/VİDEO)
Bakıda gölməçədə avtomobil batıb
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib
Nəzər nöqtəsi
Rusiyalı ekspert: Azərbaycan Cənubi Qafqazda vacib iştirakçı statusunu qazanıb

Rusiyalı ekspert: Azərbaycan Cənubi Qafqazda vacib iştirakçı statusunu qazanıb

Naqif Həmzəyev: Heydər Əliyev hər zaman gənclərin himayədarı olub
Arif Hacılı "siyasi mühacir"lərə satmaq məqsədilə Almaniyaya 72 ədəd "diplom" aparıb
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri