...

Komitə sədri Türkiyə Respublikası ticarət nazirinin müavini ilə görüşüb

İqtisadiyyat Materials 16 Sentyabr 2019 10:40 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 14-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyə Respublikası ticarət nazirinin müavini Qönçə Yılmaz Baturun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qardaş ölkənin nümayəndə heyəti ilə görüşdən məmnunluğunu dilə gətirərək, Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlıqmünasibətlərinin tarixi köklərə dayandığını bildirib və son illər hər iki ölkə rəhbərinin həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət hesabına bu əlaqələrin daha da möhkəmləndiyini diqqətə çatdırıb.
S.Mehdiyev qeyd edib ki, xüsusilə son illər regionda həyata keçirilən nəqliyyat və logistika layihələrinin AzərbaycanlaTürkiyənin təşəbbüsü və iradəsi ilə reallaşması münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir.

DGK sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində gömrükorqanlarında daha çevik, daha modern idarəçilik metodlarının tətbiq edildiyini, beynəlxalq ticarətin asan və sürətlişəkildə reallaşdırılması, vətəndaşların maksimum dərəcədə məmnuniyyətinin təmin olunması üçün yeni layihələrinicra olunduğunu bildirib. Komitə sədri iki ölkənin gömrük orqanları arasında mütəmadi təcrübə mübadiləsininaparıldığını bildirib, qarşılıqlı məlumat mübadiləsinin daha effektiv həyata keçirilməsinin vacibliyinə toxunub və buistiqamətdə atılan addımlardan danışıb.

Türkiyə Respublikası Ticarət nazirinin müavini Qönçə Yılmaz Batur iki ölkə arasındakı münasibətlərdən bəhs edib, gömrük orqanlarının da bu sahədə mühüm rol oynadığını bildirib.

Ölkələrimiz arasında istər siyasi-iqtisadi, istərsə də mədəni-humanitar əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən Qönçə Yılmaz Batur Azərbaycanla qardaşlıq əlaqələrinin hər zaman daha yüksək səviyyəyə qaldırılmasının vacibliyini qeyd edib. Qarşılıqlı məlumat və təcrübə mübadiləsinin gömrük sferasında əlaqələri gücləndirdiyini bildirən qonaq bu istiqamətdə birgə əməkdaşlığın daha da genişləndirilməsinin önəmindən bəhs edib.

Görüşdə Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti