...

İki kəndə qaz verilib (FOTO)

İqtisadiyyat Materials 9 Oktyabr 2019 20:13 (UTC +04:00)
Göyçay rayonunun Mollahacılı kəndinin qazlaşdırılması başa çatdırılıb və bu münasibət ilə tədbir keçirilib.
İki kəndə qaz verilib (FOTO)

Bakı. Trend:

Göyçay rayonunun Mollahacılı kəndinin qazlaşdırılması başa çatdırılıb və bu münasibət ilə tədbir keçirilib.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, mərasimdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, “Azəriqaz” İB-nin Göyçay Regional qaz istismarı İdarəsinin işçiləri, ictimaiyyət nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.

Tədbirdə bildirilib ki, 69 abonenti olan yaşayış məntəqəsinin qazlaşdırılması üçün ümumi uzunluğu 6074 metr olan metal borulardan istifadə olunub, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qaz şəbəkəsinin qurulmasında bir pilləli tənzimləmə sistemi tətbiq edilib. Bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına şərait yaradır. Sonra məşəl alovlandırılmaqla kəndə təbii qaz verilib.

Bu gün Ağdaş rayonunun Yuxarı Ləki kəndindəki yeni yaşayış massivinə də qaz verilib. Burada isə 136 abonent mavi yanacaqla təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti