...

Mikayıl Cabbarov: İqtisadi fəallığın artırılmasına nail olmaq, yeni müəssisələrin yaradılmasını stimullaşdırmaq lazımdır (VİDEO)

İqtisadiyyat Materials 28 Oktyabr 2019 10:55 (UTC +04:00)
Ölkədə iqtisadi fəallığın artırılmasına nail olmaq, yeni müəssisələrin yaradılmasını stimullaşdırmaq lazımdır.
Mikayıl Cabbarov: İqtisadi fəallığın artırılmasına nail olmaq, yeni müəssisələrin yaradılmasını stimullaşdırmaq lazımdır (VİDEO)

Bakı. Trend:

Ölkədə iqtisadi fəallığın artırılmasına nail olmaq, yeni müəssisələrin yaradılmasını stimullaşdırmaq lazımdır. Azərbaycanın İqtisadiyyat Nazirliyi qarşısında xüsusən qeyri-neft sektorunda artımın sürətləndirilməsi, kiçik və orta biznesin fəaliyyəti üçün şəraitin daha da yaxşılaşdırılması, azad rəqabətin təmin edilməsi kimi mühüm vəzifə və məqsədlər qoyulub.

Trend-in məlumatına görə, bunu Azəbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasına (AzTv) müsahibəsi zamanı deyib.

Nazir bildirib ki, İqtisadiyyat Nazirliyi iş proqramlarını yeniləmək, bununla da gələcək hədəflərini müəyyən etmək niyyətindədir: "İşimizi müsbət əsasda davam etdirəcəyik. Əgər makroiqtisadiyyatımıza nəzər salsaq, müsbət göstəricilər görmək olar. Xarici borcumuz azdır, makroiqtisadi sabitlik təmin olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti