...

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İqtisadiyyat Materials 30 Oktyabr 2019 20:01 (UTC +04:00)
Mərkəzi Bankının 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı. Trend:

30 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50103076S dövlət qeydiyyat nömrəli, 170 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5351 AZN (6.00%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 655,991,200.00 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351 AZN (6.00%), orta ölçülmüş qiyməti 99.5351 AZN (6.00%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 000 000.00 AZN təşkil edib.

28.11.2019 notların ödəmə tarixidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti