...

MÜSİAD üzvləri arasında Azərbaycanın tanıtımı bundan sonra da aparılacaq (ÖZƏL)

İqtisadiyyat Materials 6 Noyabr 2019 16:43 (UTC +04:00)
MÜSİAD üzvləri arasında Azərbaycanın tanıtımı bundan sonra da aparılacaq.
MÜSİAD üzvləri arasında Azərbaycanın tanıtımı bundan sonra da aparılacaq (ÖZƏL)

Bakı. Kəmalə Məmmədli - Trend:

MÜSİAD üzvləri arasında Azərbaycanın tanıtımı bundan sonra da aparılacaq.

Bunu Trend-ə Türkiyənin Müstəqil Sənayeçilər və Sahibkarlar Assosiasiyasının (MÜSİAD) Azərbaycan ofisinin rəhbəri Əbdürrəhman Uzun deyib.

Ə.Uzun qeyd edib ki Azərbaycanın türkiyəli iş adamlar arasında daha da tanıdılması məqsədi ilə MÜSİAD Azərbaycan ofisinin yayımladığı “Çerçeve” jurnalında qardaş ölkə haqqında ətraflı məqalə yayımlanıb:

"MÜSİAD-a üzv olan şirkətlər son zamanlar Azərbaycana gəlməyə başladı və bunlardan ilki də MÜSİAD İzmir ofisidir. Bundan sonra digər MÜSİAD şöbələrinin də Azərbaycana gəlməsi gözlənilir. Türkiyəli iş adamları bazarı öyrənmək məqsədi ilə AzərbaycanA səfər etdikdən sonra ölkəyə sərmayə qoymağı planlaşdırırlar, bunun üçün çox əlverişli şərait yaradılıb".

MÜSİAD İzmir Ofisinin idarə heyətinin sədri Bilal Sayğılı isə qeyd edib ki, MÜSİAD üzvləri arasında Azərbaycanın tanıtımı gələcəkdə buraya 4-5 milyard sərmayənin qoyulmasına şərait yaradacaq.

B.Sayğılı əlavə edib ki, MÜSİAD üzvləri arasında bir çox sahədə, ixtisaslaşmış üzvlər var:

“MÜSİAD İzmir şöbəsi ən önəmli şöbələrdən biridir və ümumilikdə şöbədə 255 üzv var. İzmir MÜSİAD ofisindən Azərbaycana 22 nəfərlik nümayəndə heyəti ilə gəlib. Bu gün Azərbaycanda neft və kimya sahəsində ciddi şirkətlər var. Türkiyəli iş adamları Azərbaycana sərmayə qoymaqla yanaşı, bu ölkəyə turist axınının artmasında da maralıdırlar. Hazırda türkiyəli iş adamları Azərbaycan bazarını daha dərindən öyrənirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti