...

Bakıda beş marşrut xətti müsabiqəyə çıxarılır

İqtisadiyyat Materials 5 Dekabr 2019 12:11 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi tərəfindən 11, 30, 40, 71, və 199 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.
Bakıda beş marşrut xətti müsabiqəyə çıxarılır

Bakı. Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən 11, 30, 40, 71, və 199 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.

BNA-dan Trend-ə verilən məlumata görə, daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır.

Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti