...

Azərbaycanla Koreya arasında "Statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalandı (FOTO)

İqtisadiyyat Materials 11 Dekabr 2019 13:34 (UTC +04:00)
Azərbaycanla Koreya arasında "Statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.
Azərbaycanla Koreya arasında "Statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalandı (FOTO)

Bakı. İlhamə İsabalayeva -Trend:

Azərbaycanın Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında "Statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.

Trend-in məlumatına görə, imzalanma mərasimi "Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi" mövzusunda keçirilən konfrans çərçivəsində gerçəkləşib.

Anlaşma Memorandumunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Koreya Statistika Komitəsinin sədri Shin-vook Kang imzalayıb.

Memorandum çərçivəsində kadr potensialının gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması, statistikanın istehsalında müasir informasiya-kommunikasiya texnologiyaların tətbiqi, məlumat mübadiləsi, birgə konfransların keçirilməsi və s. nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti