Bakı. Elçin Mehdiyev - Trend:
"Qida təhlükəsizliyi haqqında" qanun layihəsi yaxınlarda müvafiq qurumlara təqdim olunacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda deyib.
Onun sözlərinə görə, hökumətdə təmsil olunan qurumların, müxtəlif ictimai təşkilatların, sahibkarların, eyni zamanda beynəlxalq ekspertlərin rəy verdikləri mükəmməl bir qanun layihəsi hazırlanıb:
Qeyd edək ki, bu gün Bakıda "Xarici ticarət iştirakçılarının II Respublika Forumu" keçirilir. Forumda 900-ə yaxın sahibkar iştirak edir. Forumda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və başqa rəsmi şəxslər iştirak edir.