...

Respublika Elmi-Texniki Kitabxanasına “Respublika” statusu verilib

İqtisadiyyat Materials 28 Dekabr 2019 22:00 (UTC +04:00)
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasına “Respublika” statusu verilib
Respublika Elmi-Texniki Kitabxanasına “Respublika” statusu verilib

Bakı. Trend:

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasına “Respublika” statusu verilib.

Trend-in məlumaıtna görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Əqli Mülkiyyət Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Eyni zamanda Nazirlər Kabineti “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 sentyabr tarixli 379 nömrəli Qərarında dəyişiklik edib.

Qərara əsasən, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddi 126 vahiddən 100 vahidə endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti