Bakı. Trend:
"Türk Hava Yolları" aviaşirkəti Çinə uçuşları 9 Fevrala qədər dayandırıb.
Trend-in məlumatına görə, bu barədə şirkətin mətbuat katibi Yahya Üstün bildirib.
Təxirə salınan reyslər Pekin, Guançjou, Şanxay və Sian istiqamətində olan reyslərdir.
Onun sözlərinə görə, bu, milli və beynəlxalq hakimiyyət orqanları ilə birlikdə mövcud vəziyyəti və son dövrdə koronavirusla əlaqəli hadisələri qiymətləndirmək üçün edilib.