...

"Unibank" rəhbərliyində yeni təyinat

İqtisadiyyat Materials 3 Fevral 2020 17:46 (UTC +04:00)
“Unibank KB” ASC Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Fərid Abuşov İdarə heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini təyin edilib.
"Unibank" rəhbərliyində yeni təyinat

Bakı. Trend:

“Unibank KB” ASC Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Fərid Abuşov İdarə heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini təyin edilib.

Bankdan Trend-ə verilən məlumata görə, hazırda “Unibank”ın informasiya texnologiyaları və strateji inkişaf istiqamətləri Fərid Abuşovun kurasiyasındadır.

Fərid Abuşov 2007-ci ildən bank sektorunda çalışır. 2019-cu ilin iyun ayından Unibank komandasına qoşulub. İdarə heyəti sədrinin müavini təyinatınadək Unibank Müşahidə Şurası sədrinin strateji inkişaf məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.

Böyük Britaniyanın University College London (UCL) Universitetinin “İqtisadiyyat” və Royal Holloway Universitetinin “Ekonometrika və İqtisadiyyat” ixtisasları üzrə məzunudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti