...

Çexiya və Azərbaycan arasında ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 5 Fevral 2020 14:29 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” QSC-də Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Çexiya və Azərbaycan arasında ikitərəfli  əlaqələrin perspektivləri müzakirə olunub (FOTO)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-də Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat veriblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov son illərdə ölkəmizdə dəmir yollarında aparılan islahatlardan danışıb.

Bildirib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində işlər davam etdirilir, dəmir yolu infrastrukturunun yenidənqurulması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Cəmiyyətin sədri Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması sahəsində görülən işlər, qarşıda duran perspektiv vəzifələr haqqında məlumat verib.

Sonra görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, Çexiya şirkətlərinin investisiya imkanları barədə məsələlər müzakirə olunub.

Çexiyanın ölkəmizdəki səfiri Milan Ekert Azərbaycanın beynəlxalq və regional layihələrin reallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirib, ikitərəfli əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti