...

Sel təhlükəli çayların zərərli təsirinə qarşı tədbirlər həyata keçiriləcək

İqtisadiyyat Materials 6 Mart 2020 09:20 (UTC +04:00)
Azərbaycanda sel və daşqın təhlükəli bəzi çayların zərərli təsirinə qarşı tədbirlər həyata keçiriləcək.
Sel təhlükəli çayların zərərli təsirinə qarşı tədbirlər həyata keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda sel və daşqın təhlükəli bəzi çayların zərərli təsirinə qarşı tədbirlər həyata keçiriləcək.

Trend-in məlumatına görə, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri məqsədilə 3 obyekt üzrə açıq tender elan edib.

Tədbirlərə uyğun olaraq, Xaçmaz rayonu ərazisində Qudyalçay, Ağçay və digər çaylarda, eləcə də Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri aparılacaq. Astara çayının məcrası 138-ci sərhəd nişanından 141-ci sərhəd nişanına kimi təmizlənəcək.

Ağcabədi rayonu ərazisində Qarqarçayda selə qarşı mübarizə tədbirləri həyata keçiriləcək.

İddiaçılar öz tender təkliflərini 14 aprelədək təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti