...

"Azərkosmos" "Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi" layihəsini elan edir

İqtisadiyyat Materials 9 Aprel 2020 18:54 (UTC +04:00)
"Azərkosmos" "Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi" layihəsini elan edir

Bakı. Trend:

"Azərkosmos" 2020-2021-ci illər üzrə "Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi" layihəsini elan edir. Layihədə iştirak ödənişsizdir.

"Azərkosmos"dan Trend-ə verilən məlumata görə, hazırkı dövrdə koronavirus (COVID-19) pandemiyasının təsirindən irəli gələrək dünya ölkələrində istər əmək fəaliyyəti, istərsə də elmi-tədqiqat işləri onlayn rejimdə davam edir. Dünya artıq yeni inkişaf mühitində - rəqəmsallaşma istiqamətində xeyli yol qət edib.

Rəqəmsallaşma dövrü elmi-tədqiqat işlərinin aparılmasında da yeni imkanlar təqdim edir və elmi işlərin onlayn formada aparılması elm adamlarına, tədqiqatçılara vaxtlarını səmərəli keçirmək fürsəti yaradıb. Bu yeni dövrün astanasında sizi zamanın çağırışlarına cavab verərək elmi-tədqiqatları onlayn mühitdə aparmağa və rəqəmsal bacarıqlarınızı inkişaf etdirməyə dəvət edirik.

Gəlin Azərbaycanda sosial izolyasiya tədbirlərinə qeyd-şərtsiz əməl edək, evdə qalaraq texnoloji həllərdən faydalanmaqla elmi-tədqiqat işlərini davam etdirək.

"Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi" layihəsinin əsas məqsədi "Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərlə bağlı prioritet hesab edilən sahələr üzrə elmi tədqiqatla məşğul olan hüquqi şəxslərə və tədqiqatçılara texniki dəstəyin verilməsi, o cümlədən "Azersky" peykindən alınan məlumatlardan istifadə etməklə ölkə daxilində Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin faydasını təşviq etmək və inkişafına təkan verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti