...

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləğı açıqlanıb

İqtisadiyyat Materials 22 Aprel 2020 16:33 (UTC +04:00)
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləğı açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği məlum olub.

Trend-in məlumatına görə, bu günə kimi Fonda 112 849 265 manat vəsait köçürülüb.

İanə köçürən şəxslər arasında 3150 hüquqi, 10 508 fiziki şəxs var.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti