...

“Mastercard”ın keçirdiyi kampaniyalar Azərbaycanda kontaktsız ödəmələrin artımına təsir edib

İqtisadiyyat Materials 30 Aprel 2020 12:58 (UTC +04:00)
“Mastercard”ın Azərbaycanda lotereya kampaniyası işə düşdükdən sonra kartlar üzrə əməliyyatlar 40 faiz, kontaktsız ödəmələr isə 70 faiz artıb
“Mastercard”ın keçirdiyi kampaniyalar Azərbaycanda kontaktsız ödəmələrin artımına təsir edib

Bakı. Eldar Canaşvili - Trend:

“Mastercard”ın Azərbaycanda lotereya kampaniyası işə düşdükdən sonra kartlar üzrə əməliyyatlar 40 faiz, kontaktsız ödəmələr isə 70 faiz artıb.

Bu barədə Trend-ə şirkətdən bildiriblər.

Qeyd olunub ki, sakinlər nağd puldan az istifadə etməyə çalışır və daha təhlükəsiz və etivbarlı ödəmə xidmətlərindən istifadə edir:

“Bu artım göstəriciləri iyunun sonunda ilk avtomobilin lotereyada uduşa çıxarılması müddəti yaxınlaşdıqca daha da yüksələcək”.

Şirkətdən onu da bildiriblər ki, lotereya kampaniyası kassirlərin təşviq olunmasına yönəlib. Onlar kart və kontaktsız kartlarla ödəmə həcmlərini stimullaşdırmaqla müştərilərin məlumatlandırılması funksiyasını daşıyır:

“Hamımız bilirik ki, kontaktsız ödəmələr sadə, sürətli və təhlükəsizdir. Biz indi bu üçlüyə digər üstünlüklər də əlavə etmişik. Biz “Mastercard” olaraq Azərbaycanda rəqəmsal ödəmələrin payının artırılması üzrə “Nağdsız Azərbaycan” layihəsində hökumətin səylərini dəstəkləməkdən məmnunuq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti