...

Türkiyəyə səfər edən italiyalı turistlərin sayı kəskin azalıb

İqtisadiyyat Materials 11 May 2020 10:03 (UTC +04:00)
2020-ci ilin martında Türkiyəyə 1 782 italiyalı turist səfər edib ki, bu da ötən ilin martı ilə müqayisədə 92,12 faiz azdır
Türkiyəyə səfər edən italiyalı turistlərin sayı kəskin azalıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin martında Türkiyəyə 1 782 italiyalı turist səfər edib ki, bu da ötən ilin martı ilə müqayisədə 92,12 faiz azdır.

Bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Mart ayında Türkiyəyə səfər edən əcnəbi turistlər arasında italiyalı turistlərin payı 0,25 faiz təşkil edib.

2020-ci ilin yanvar-mart aylarında Türkiyəyə 39 012 İtaliya turisti səfər edib. Bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 33,67 faiz azdır.

Yanvar-mart aylarında Türkiyəyə səfər edən əcnəbi turistlər arasında italiyalı turistlərin payı 0,92 faiz təşkil edib.

Hesabata əsasən, 2020-ci ildə Türkiyəyə 718 097 əcnəbi turist səfər edib ki, bu da ötən ilin martı ilə müqayisədə 67,83 faiz azdır.

2020-ci ilin yanvar-mart aylarında Türkiyəyə 4 238 644 əcnəbi turist səfər edib. Bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 22,11 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti