...

Yelo Bank dəftərxana mallarının alınmasına dair tender keçirir

İqtisadiyyat Materials 14 May 2020 17:50 (UTC +04:00)
Yelo Bank dəftərxana mallarının alınmasına dair tender keçirir

Bakı. Trend:

Yelo Bank 15 may 2020-ci il tarixindən dəftərxana mallarının alınmasına dair açıq tenderin keçirilməsini elan edir.

Ötən illərdə olduğu kimi, bank təchizatçının bir il müddətinə yenilənməsində maraqlıdır.

1.1 Müsabiqənin predmeti aşağıdakıların alınmasına dair müqavilənin bağlanması haqqında ən yaxşı təklifdir:

  • Kağız A4
  • Diyircəkli qələmlər (sadə)
  • Karandaş (sadə)
  • Sancaqlar (böyük)
  • Sancaqlar (kiçik)
  • Stepler (böyük)
  • Stepler (kiçik)
  • Antistepler
  • Xətkeş (15 - 30 sm)
  • Kağıztikən qovluq
  • Dəlikaçan
  • Arxiv qovluğu (ağ)
  • Karandaş yapışqan
  • Qısqac (böyük)
  • Qısqac (kiçik)
  • Skotç (böyük)
  • Skotç (kiçik)
  • Zamaska – ştrix
  • Qələmyonan
  • Qopardılan vərəqlər
  • Kəsiçi
  • Fayllar (şəffaf)
  • Marker
  • Zibil üçün vedrə
  • Sənədlər üçün şəffaf göy rəngli qovluq
  • Pozan və s.

1.2 Sizdən yuxarıda göstərilən imkanların əks olunduğu təklifi hazırlamağı və 22 may 2020-ci il 18:00 qədər təklifi Yelo Bankın İdarə Heyəti sədrinin adına “Kommersiya təklifi: dəftərxana malları - AÇMAQ OLMAZ” qeydi ilə möhürlənmiş zərfdə Bankın baş ofisinə (Bakı şəhəri, Puşkin küçəsi 30) təqdim etməyinizi xahiş edirik.

1.3 1.2-ci bənddə göstərilən üsuldan fərqli olan müsabiqə təkliflərinə baxılmır.

1.4 1.1-ci bənddə göstərilən tələblərdən fərqli olan müsabiqə təkliflərinə baxılmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti