Azərbaycanda elektron hərraclar həyata keçiriləcək

Azərbaycanda elektron hərraclar həyata keçiriləcək

Bakı. Samir Əli - Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi, Respublika Xammal və Əmtəə birjası, həmçinin aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində “Elektron Hərrac” sistemi yaradılıb və pilot olaraq istifadəyə verilib.

Agentlikdən Trend-ə verilən məlumatda bildirilir ki, artıq hərraclar eherrac.gov.az portalı üzərindən həyata keçiriləcək. Sistemin yaradılması hərracların keçirilməsi zamanı şəffaflığın təmin edilməsi, hərrac iştirakçılarının rahat və məhdudiyyətsiz şəkildə hərraclarda iştirakına şərait yaradacaq. Hərracda iştirak etmək istəyən, lakin uzaq məsafə səbəbindən hərraca qatıla bilməyən şəxslər də bundan sonra yeni sistem üzərindən onlayn olaraq hərraclarda iştirak edə biləcəklər. Sistemin yaradılması, eyni zamanda əmlak bazarının inkişafına da töhfəsini verəcək.

“Elektron Hərrac”dan yeni istifadə qaydaları aşağıdakı qaydada təşkil olunacaq:

Elektron hərracda iştirak etmək istəyən şəxs eherrac.gov.az portalına daxil olaraq “ASAN Login” vasitəsilə sistemə giriş edir;

Elektron hərrac prosesində tələb olunan müvafiq iştirak haqqı və depozit (beh) ödənişləri onlayn şəkildə “ASAN ödəniş” sistemi vasitəsi ilə ödənilir;

Elektron hərrac başladıqdan sonra iştirakçılar qalib olmaq üçün təkliflər edirlər;

Qalib iştirakçı haqqında sistem tərəfindən protokol tərtib olunur. Bu protokollar müvafiq qaydada Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya sistemlərinə ötürülür.

Xatırladaq ki, ölkə ərazisində xüsusi karantin rejimi dövründə Dövlət Agentliyi tərəfindən bir sıra innovativ layihələr həyata keçirilib və əhalinin istifadəsinə verilib.

Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” yaradılıb.

Dövlət xidmətləri haqqında məlumatların vətəndaşlara daha rahat şəkildə ötürülməsi məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən “ASAN bot” tətbiqi istifadəyə verilib.

“Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin Ümumi Yığıncağı və İcra Komitəsinin iclası baş tutub (FOTO)
“Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin Ümumi Yığıncağı və İcra Komitəsinin iclası baş tutub (FOTO)
Fransada idmançılar üçün xüsusi tibbi maskalar hazırlanıb
Fransada idmançılar üçün xüsusi tibbi maskalar hazırlanıb
Azərbaycanda əhali arasında populyar idman növləri açıqlanıb
Azərbaycanda əhali arasında populyar idman növləri açıqlanıb
Loading Bars
Xəbər lenti
Nazir müavini partlayış yerində: 6 nəfər dağıntılar altından xilas edilib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB-3)
Ermənistanda daxili gərginlik, böhran pik həddə: Daha pis günlər qarşıdadır
Mədəniyyət Nazirliyi Nizami Gəncəvi ili ilə əlaqədar müvafiq Fəaliyyət Planı hazırlayacaq
İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm hazırlanacaq
İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınacaq
Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında 2021-ci il üçün prioritetləri müəyyənləşdirdi (FOTO)
Azərbaycanda bu xəstəliklər artıq yoxdur
Füzuli rayonunun Dövlətyarlı kəndi (FOTO/VİDEO)
Yaponiyada 3 min dollardan ucuz elektromobillər istehsal olunacaq
Azərbaycan Ukraynaya öz istehsalı olan mühərrik yağları ixrac edəcək
Bu pozuntulara görə mindən çox şəxs məsuliyyətə cəlb olunub
Şabranda 2 azyaşlı uşaq yanan evdən sağ çıxarılıb
Prokurorluq Bakıda qadının ölümü ilə bağlı araşdırmalara başladı
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı (FOTO)
Energetika Nazirliyi İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülmə vaxtını elan edib
Azərbaycanda 273 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub, 11 nəfər vəfat edib
“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi
Lütfi Zadənin 100 illiyik yubileyi qeyd ediləcək
İstanbulda bıçaqlı şəxs 3 Rusiya vətəndaşını yaralayıb
Astara gömrük postunda 21 kq narkotik aşkarlandı (VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Baş Prokurorluq dəniz quldurları tərəfindən öldürülən azərbaycanlı ilə bağlı məlumat yaydı
Yanvarın 26-na USD/AZN rəsmi məzənnəsi
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Əfqan Sadıqov növbəti dəfə qəbul olunub
250 baş qırqovul vəhşi təbiətə buraxılıb (VİDEO)
Azərbaycanda işsizlik səviyyəsi 5 faizdən aşağı düşəcək
Ötən il Azercell-in LTE şəbəkəsinin ölkə üzrə genişlənməsi 85%-dən artıq olub
Azərbaycanda gənclərlə bağlı geniş tədbir keçiriləcək
MEDİA seminarlara başladı (FOTO)
Biznesinizi Yelo bankla genişləndirin
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb
2025-ci ilə kimi şəhid ailəsi, qazi və Çernobıl əlillərinin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq - Nazir müavini
Füzuli rayonunun Kürdlər kəndi (FOTO/VİDEO)
“Azərişıq” və “Azəriqaz” kommunal sektorda əməkdaşlıq edəcəklər
Ağcabədidə yaşayış binasının bütün elektrik kabelləri yanıb
Putin onun haqqında hazırlanan filmdəki iddialara münasibət bildirib
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib
FHN dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən vətəndaşlara müraciət edib (VİDEO)
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi hesabat verdi
Şəhid ailələri və əlilliyi olanlara veriləcək mənzillərlər bağlı nazirlikdən AÇIQLAMA
Erməni Apostol Kilsəsinin Ermənistan siyasətinə təsiri təhlil edilib (FOTO)
“Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin Ümumi Yığıncağı və İcra Komitəsinin iclası baş tutub (FOTO)
Rusiyalı deputatın adı "qara siyahı"ya salnıb - Leyla Abdullayeva
Kimya sektorunda Egey bölgəsinin ixracat lideri yenə SOCAR-ın Petkim şirkəti oldu (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Dövlət qulluğu müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat başlayıb
8 prokurorluq işçisi vəzifəsindən azad edilib
Ötən il 30 şəxs tutularaq Azərbaycana ekstradisiya edilib
Dəniz quldurlarının qaçırdığı gəmidə həyatını itirən azərbaycanlı Qabona gətirilib - Çavuşoğlu
Türkiyə sualtı qayığı yerli raketin sınaq atışını keçirib (VİDEO)
Pandemiyadan sonra bizi gözləyən problem: yollarda sıxlıq artacaq
Zaman puldur. Karvannews-la iş tapmaq daha asandır!
İranda bir gündə 100-ə yaxın şəxs koronavirusdan ölüb
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il 39 şəxsi cinayət başında yaxalayıb
Azad olunmuş ərazilərdə şirkətlərimiz işə başlamağa hazırdır - İran XİN başçısı
Azərbaycan Prezidenti: Xudafərin su anbarı ilə bağlı planlar artıq çox aktiv fazadadır
“AzerGold” QSC-də ötən ilin yekunlarına dair onlayn müşavirə keçirilib (FOTO)
Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub - Məhəmməd Cavad Zərif
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərin yenidən qurulmasında İran şirkətlərini görməyə çox şad olarıq
Prezident İlham Əliyev: Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar əməkdaşlığa geniş qapılar açır
Prezident İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı sərəncam imzalayıb
Bu ərazilərdə ov etmək qadağandır - Xidmət rəisindən açıqlama (VİDEO)
Ötən il Azərbaycanda 7 yeni partiya qeydiyyata alınıb
Masallı Xəstəxanasının direktoru həbs edildi
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb
Ağstafa sakinindən 6 kiloqramdan çox heroin götürülüb (FOTO/VİDEO)
Şəhid polkovnik-leytenant dəfn olundu (FOTO)
281 vəzifəli şəxs barəsində 180 cinayət işinin ibtidai istintaqı tamamlanıb
DİN sahibkarın meşələri məhv etməsi və ev heyvanlarını güllələməsi ilə bağlı iddialara münasibət bildirib
Fermerləri aldadıb pul alan dələduz çobanlar saxlanıldı (FOTO/VİDEO)
DOST mərkəzlərində rekord sayda vətəndaş müraciəti qeydə alınıb (FOTO)
Fındıq bağlarına birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək
"Şahdəniz" yatağından hasil olunan kondensat satışından əldə edilən gəlir 220 milyon dolları ötüb
Əfqanıstanda İtaliya səfirliyinin avtomobili partladılıb
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
2020-ci ildə 254 cinayətkar qrup zərərsizləşdirilib
Bu sahələr fəaliyyətini bərpa etdi (FOTOREPORTAJ)
Ötən il Azərbaycanda 67 min 972 oğlan doğulub
Papua-Yeni Qvineyada güclü zəlzələ olub
“Dostluq” memorandumu Azərbaycanla Türkmənistan arasında yeni perspektivlər açır
Bələdiyyələrlə iş Mərkəzi tərəfindən ötən il 79 858 akt tərtib olunub
Sabahın hava proqnozu açıqlanıb
1,3 milyon manata yaxın cərimə cəzası dövlət büdcəsinə köçürülüb
Kənd və qəsəbələrdə qeydiyyata alınmayan 1312 uşaq aşkarlanıb
Ötən il boşanma ilə bağlı 1182 ərizə qəbul edilib - Ədliyyə Nazirliyi
Suraxanıda evlərdən oğurluq edən dəstə üzvləri saxlanılıb (FOTO/VİDEO)
Elmar Qasımov imtahan ərəfəsində tələbələrlə görüşüb
Məktəblərdə birinci yarımil üzrə qiymətləndirmə keçirilir (FOTO)
Azərbaycan və İran Xarici işlər nazirləri arasında görüş keçirilir (FOTO/VİDEO)
Tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası təsdiqlənib
Baş Prokurorluqda Ermənistanın 17 muzdlu döyüşçüsü barədə axtarış elan edilib
25 ölkənin Baş prokuror və Ədliyyə nazirlərinə Ermənistanın cinayətləri haqqında məktublar göndərilib (FOTO)
Ötən il məhkəmə icraçılarının icraatına 910 mindən artıq iş daxil olub
Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək - Mikayıl Cabbarov
Ötən il 10 məhkum xəstəliyə görə azadlığa buraxılıb
Ermənistan diaspor dayağını necə itirib?
Rusiyada koronavirusdan ölənlərin sayı 70 minə yaxınlaşır
Vətən müharibəsi şəhidlərinin məhkum qohumlarının bir qismi azadlığa buraxılıb
Nardaranda odlu silah saxlayan keçmiş məhkum tutulub (FOTO/VİDEO)
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib (VİDEO) (YENİLƏNİB)
Bütün xəbərlər