...

Ölkə daxilində uçuşlara xüsusi nəzarət olunacaq - Operativ Qərargah

İqtisadiyyat Materials 29 May 2020 18:24 (UTC +04:00)
Ölkə daxilində uçuşlara xüsusi nəzarət olunacaq - Operativ Qərargah

Bakı. Samir Əli - Trend:

Ölkə daxilində uçuşlar bərpa edilərsə, bu prosesə xüsusi nəzarət olunacaq.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, hələlik dövlət sərhədindən giriş-çıxış iyunun 15-dək qadağandır: "Əgər beynəlxalq uçuşlar bərpa olunarsa, bu məsələyə nəzarət ediləcək. Bununla yanaşı, xarici ölkələrdə aparılan koronavirus testlərin nəticələri başqa ölkədə tanınacaq. Yəni, əgər Azərbaycanda hansısa şəxs test edilibsə və onda koronavirus aşkarlanıbsa, həmin testin nəticələri başqa ölkələrdə də tanınacaq. O cümlədən, başqa ölkələrdə edilən testin nəticələri də Azərbaycanda qəbul ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti