Bakı. Elçin Mehdiyev - Trend:
2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq.
Trend-in məlumatına görə, Operativ Qərərgahən qərarına əsasən, yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkətinə icazə veriləcək:
Siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;
xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;
sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;
kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);
elektrik enerjisinin istehsalı və təchizatı;
meliorasiya və su təsərrüfatı;
rabitə xidmətləri;
teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;
dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;
boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;
fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);
neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər.