...

Əmlak və kapital amnistiyası ilə bağlı məsələ İşçi Qrup səviyyəsində müzakirə edilir - İqtisadiyyat naziri

İqtisadiyyat Materials 30 İyun 2020 11:51 (UTC +04:00)
Əmlak və kapital amnistiyası ilə bağlı məsələ İşçi Qrup səviyyəsində müzakirə edilir - İqtisadiyyat naziri

Bakı. Samir Əli - Trend:

Əmlak və kapital amnistiyası ilə bağlı məsələ İşçi Qrup səviyyəsində müzakirə edilir.

Trend-in məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bu məsələyə sahibkarlar tərəfindən maraq göstərilir: "Hazırda bununla bağlı beynəlxalq təcrübə nəzərdən keçirilir. Proses başa çatandan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti