...

Yarım ildə Gömrük Komitəsi büdcəyə 2 milyard manat köçürüb

İqtisadiyyat Materials 8 İyul 2020 17:27 (UTC +04:00)
Yarım ildə Gömrük Komitəsi büdcəyə 2 milyard manat köçürüb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 19,8 milyon manat olub.

Komitədən Trend-ə verilən məlumata görə, 6 ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 484 milyon 437 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 450 milyon 8 min manat, aksizlər üzrə 66 milyon 671 min manat, yol vergisi üzrə isə 18 milyon 702 min manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti