...

AZAL Budapeştdən Bakıya çarter reysi yerinə yetirib (FOTO)

İqtisadiyyat Materials 18 İyul 2020 09:38 (UTC +04:00)
AZAL Budapeştdən Bakıya çarter reysi yerinə yetirib (FOTO)

Bakı. Trend:

İyulun 18-də səhər saatlarında Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Budapeştdən Bakıya birbaşa çarter reysi yerinə yetirib.

Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Macarıstanın paytaxtından həyata keçirilən uçuşa yalnız koronavirus COVID-19-a dair test verən və nəticəsi neqativ olan sərnişinlər buraxılıb. Müəyyən edilmiş qaydalara uyğun olaraq, vətənə qayıdan 48 nəfər sərnişin iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Xatırladırıq ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlcədən razılaşdırılmış planına uyğun qaydada yerinə yetirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti