...

Daha 137 əlilliyi olan şəxsə minədək reabilitasiya vasitəsi yaşadıqlara bölgələrə aparılaraq verilib (FOTO)

İqtisadiyyat Materials 24 İyul 2020 14:49 (UTC +04:00)
Daha 137 əlilliyi olan şəxsə minədək reabilitasiya vasitəsi yaşadıqlara bölgələrə aparılaraq verilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi xüsusi rejimli karantin müddətində gücləndirilmiş iş rejimində səyyar xidmətlərini davam etdirir. Mərkəz növbəti səyyar xidməti Sumqayıt, Şirvan şəhərlərində, Sabirabad və Hacıqabul rayonlarında təşkil edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin 4 şəhər və rayon üzrə 137 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 1000-dək reabilitasiya vasitəsi Mərkəzin əməkdaşları tərəfindən həmin bölgələrə, onlardan bir qisminə isə evlərinə aparılaraq verilib.

Əlilliyi olan şəxslər göstərilən bu xidmətdən razılıqlarını bildirib, ölkəmizdə əliliyi olan şəxslərin qayğı ilə əhatə olunması, o cümlədən reabilitasiya vasitələri ilə təminatı istiqamətində aparılan mühüm işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Ümumilikdə bu ilin ötən dövründə respublikamızın müxtəlif bölgələri üzrə 664 nəfər əlilliyi olan şəxsə səyyar formada xidmətlər göstərilib. Ehtiyac duyduqları 2000 reabilitasiya vasitəsi (o cümlədən, 14 əlil arabası, 411 aşağı və yuxarı ətraf protezi, 188 dördayaqlı dayaq vasitəsi, 141 qoltuqaltı və dirsəkaltı ağac, 365 əsa və s.) yaşadıqları rayon və şəhərlərə, bir qisminə evlərinə aparılaraq təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti