...

Musəvi: İranın Azərbaycanla iqtisadi əlaqələri olduqca dinamik inkişaf edir

İqtisadiyyat Materials 31 İyul 2020 12:37 (UTC +04:00)
Musəvi: İranın Azərbaycanla iqtisadi əlaqələri olduqca dinamik inkişaf edir

Bakı. Trend:

İranın strategiyası ölkə daxilində sülh və sabitliyi dəstəkləməyə və möhkəmləndirməyə, region ölkələri ilə münasibətləri inkişaf etdirməyə əsaslanır.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi deyib.

A.Musəvi bildirib ki, təhlükəsiz, stabil qonşuların olması İranın və bütün regionun maraqlarına cavab verər.

Rəsmi nümayəndə qeyd edib ki, İranın Azərbaycanla iqtisadi əlaqələri olduqca dinamik inkişaf edir və İranın sərhəd şəhərləri Azərbaycanla ticarət və iqtisadi əlaqələrin inkişafında çox vacib rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti