...

Onlayn biznes-forumda sosial müdafiə sahəsində aparılan islahatlar, innovativ yeniliklər barədə məlumat verilib (FOTO)

İqtisadiyyat Materials 19 Avqust 2020 18:39 (UTC +04:00)
Onlayn biznes-forumda sosial müdafiə sahəsində aparılan islahatlar,  innovativ yeniliklər barədə məlumat verilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişovun iştirakı ilə “Caspian Energy Club”un onlayn B2G biznes-forumu keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev bu kimi biznes-forumların əhəmiyyətini və böyük maraq doğurduğunu, hazırkı tədbirin də sosial müdafiə sahəsində islahatlara həsr olunduğunu qeyd edib.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sosial sahədə aparılan islahatlar barədə məlumat verən H.Məmişov pensiya və müavinətlərin, təqaüdlərin şəkildə artırılması istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. Bu sahəyə ayrılan vəsaitlərdəki ciddi artımı, pensiya, müavinət və təqaüdlərin təyinatının elektronlaşdırıldığını qeyd edib. Fondun publik hüquqi şəxsə çevrildiyini bildirən H.Məmişov bunun ilk növbədə qurumun fəaliyyətində inzibatçılıqdan əhaliyə xidmət modelinə keçidi təmin etdiyini vurğulayıb.

O, Fondda struktur islahatlarını və bu islahatların optimal və şəffaf idarəçilik, əhaliyə xidmətin keyfiyyətinin artırılması baxımından müsbət nəticələrini qeyd edib. Sosial müdafiə sahəsində xərclərin optimallaşdırılması, şəffaflığın təmin edilməsi və əsassız xərclərin qarşısının alınması sahəsində görülən işləri diqqətə çatdırıb. Ciddi maliyyə qənaətləri formalaşdırıldığını, 238 mln. manatın qənaət olunmaqla büdcəyə qaytarıldığını deyib.

H.Məmişov sosial təmimnat sahəsində qanunvericiliyə edilən, həssas qrupların daha dolğun təminatına şərait yaradan dəyişikliklər barədə də məlumat verib.

Verilən məlumatlar, habelə pensiya, müavinət və təqaüdlərin proaktiv təyinatı sahəsində innovativ yeniliklər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

H.Məmişov iştirakçıların suallarını cavablandırıb. Ölkənin aparıcı şirkətlərinin təmsil olunduğu forumda sığortaedənləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti