...

Maliyyə Monitorinqi Xidməti: Bir çox maliyyə cinayətlərinin aşkar edilməsinə nail olunub

İqtisadiyyat Materials 9 Sentyabr 2020 14:14 (UTC +04:00)
Maliyyə Monitorinqi Xidməti: Bir çox maliyyə cinayətlərinin aşkar edilməsinə nail olunub

Bakı. Trend:

Ölkədə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin səmərəliliyini təmin etmək məqsədilə Maliyyə Monitorinqi Xidməti digər aidiyyəti dövlət qurumları ilə əlaqəli fəaliyyət göstərir.

Maliyyə Monitorinqi Xidmətindən Trend-ə verilən məlumata görə, görülən tədbirlər nəticəsində son dövrlərdə bir çox maliyyə cinayətlərinin aşkar edilməsinə nail olunur.

Maliyyə Monitorinqi Xidmətinin fəaliyyəti ümumilikdə ölkədə şəffaflığın artırılması və təhlükəsizliyin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətin tərkib hissəsidir.

Qanunvericiliyə əsasən Maliyyə Monitorinqi Xidməti aidiyyəti hüquq mühafizə orqanları ilə birgə fəaliyyət göstərir. Əməkdaşlığın səmərəliliyini artırmaq məqsədilə qeyd olunan orqanlarla birgə xarici səfərlərdə iştirak olunur. Bununla yanaşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq müstəvidə tətbiq olunan yeni növ alətlər və yanaşmalara dair hüquq mühafizə orqanları və ölkənin maliyyə sahəsində fəaliyyət göstərən özəl strukturları üçün MMX tərəfindən təlimlər təşkil olunur.

Statistikaya əsasən xidmət 2018-ci ildə Maliyyə Monitorinqi Xidməti 400 mindən artıq əməliyyat həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti