...

“Azərkosmos” qlobal media yayım şirkəti ilə əməkdaşlığa başladı

İqtisadiyyat Materials 22 Sentyabr 2020 17:18 (UTC +04:00)
“Azərkosmos” qlobal media yayım şirkəti ilə əməkdaşlığa başladı

Bakı. Ceyhun Ələkbərov - Trend:

"Azərkosmos" qlobal yayım xidmətləri bazarında fəaliyyət göstərən və televiziya və radio kanallarının yayımını həyata keçirən “Viewmedia” şirkəti ilə əməkdaşlığa başlayıb.

Bu barədə Trend-ə “Azərkosmos” ASC-dən bildiriblər. “Viewmedia” şirkəti Yaxın Şərq, Avropa və Afrika regionlarında müştərilərinə “Azerspace-1” peykinin resursları vasitəsilə rəqəmsal peyk xidmətləri təqdim edəcək:

"ViewMedia" şirkəti dünya miqyasında istənilən yerüstü platformadan 150-dən çox televiziya və radio kanallarının yayımını təmin edir və yüksək keyfiyyətli infrastrukturu vasitəsilə video məzmunun asanlıqla daşıyıcılara paylanılmasını həyata keçirir.

“Viewmedia” şirkətinin yüksək texnoloji yerüstü yayım şəbəkələri müştərilərimiz üçün “Azerspace-1” peykinin resurslarının səmərəli istifadəsini təmin edəcək”, – deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye qeyd edib.

“Bu əməkdaşlıq bizə xüsusilə Afrika regionunda milyonlarla izləyicimizə baxımlı kanalların fasiləsiz olaraq çatdırılmasına imkan yaradacaq”, – deyə “Viewmedia” şirkətinin Kommersiya direktrou Safiya Rana bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti